Azərbaycan parlamenti çərşənbə günü parlamentin yaz sessiyasının işinə başlayır.
“Əminəm ki, buna sessiyada Milli Məclis daha böyük uğurlara nail olacaq”, - deyə parlamentin spikeri Oqtay Əsədov bəyan edib.
Onun sözlərinə görə, Milli Məclis yaz sessiyası zamanı 2011-ci il ərzində Azərbaycan hökumətinin, Hesablama palatasının, ombudsmanın və b. hesabatlarını müzakirə edəcək. “Ümumilikdə, sessiya gərgin və maraqlı keçəcək”, - deyə O.Əsədov qeyd edib.