Azərbaycan Vergilər Nazirliyi 2012-ci il fevralın1-dən vergi terminalları bazasında vergi ödəyicilərinin xidmət mərkəzlərinin yaradılmasına başlayır.
Vergilər naziri Fazil Məmmədov müvafiq əmr imzalayıb, deyə çərşənbə günü “Vergilər” qəzetində (“Vergilər”, Vergilər Nazirliyinin rəsmi çap orqanı) dərc edilmiş məqalədə qeyd edilir.
Bu cür mərkəzlərin yaradılması barədə qərar əhaliyə göstərilən xidmətlərin əhatəsi və keyfiyyətinin, həmçinin elektron xidmətlərin genişləndirilməsinə yönəlib, vergi kompyuter terminallarının fəaliyyətinin səmərəliliyini artıracaq.
Bu mərkəzlərə xidmət Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçiriləcək.
Sərəncam çərçivəsində, Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinə bir ay müddətinə bu mərkəzlərin fəaliyyətini nizamlayan sənədlərin hazırlanması tapşırılıb.
Bundan başqa, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinə mərkəzlərin fəaliyyəti, həmçinin vergi ödəyicilərinə elektron xidmətlərdən istifadə etmək üçün lazımi şəratlərin yaradılması, mərkəzlərin işçilərinin optimal sayı üzrə təkliflər hazırlamağı tapşırılıb.
Hazırda respublikada 30 vergi terminalı fəaliyyət göstərir. 2014-cü ildə onların sayı 55-ə çatdırılacaq.
Terminalların əsas məqsədi regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə vergi xidmətlərinin göstərilməsidir. Terminal vasitəsi ilə vergi ödəyiciləri vergi məsələləri üzrə lazımi məlumat və məsləhət ala, vergi orqanlarına elektron formada vergi bəyannamələrini göndərə, vergi borclarının həcmi barədə məlumatlar ala bilərlər.