Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2012-ci ilin yanvar aylında 940 mln. 68,359 min manat təşkil edib. Bu barədə birjanın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2010-cu ilin yanvar ayında birjada əqdlər üzrə dövriyyə 181 mln. 85,446 min manat təşkil edib. Beləliklə, birjada əqdlər üzrə ümumi dövriyyə ötən ilin analoji dövrü ilə müqayisədə 5,2 dəfə artıb.
Ümumi dövriyyədən 97,27% əqd dövlət qiymətli kağızlarının payına düşüb. Onların həcmi 914 mln. 444,960 min manat (artım 6,8 dəfə) təşkil edib. Korporativ sektorda əqdlər - 25 mln. 623,399 min manat (artım 45,17%) təşkil edib.
Bununla yanaşı, cari ilin yanvar ayında dövlət qiymətli kağızlar üzrə 150 əqd (artım 3 dəfə), korporativ kağızlaq üzrə - 125 əqd (azalma 32,8%) həyata keçirilib.
2012-ci ilin yanvar ayında Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirmənin həcmi 84 mln. 836,613 min manat (artım 73,39 dəfə), təkrar bazarda - 2 mln. 495,727 min manat (artım 1,7 dəfə) təşkil edib. Repo əməliyyatları 827 mln. 112,620 min manat (artım 9,8 dəfə) təşkil edib.
2012-ci ilin yanvar ayında ilkin bazarda yerləşdirilən korporativ istiqrazların həcmi 6 mln. 374,836 min manat (azalma 50,98%), təkrar bazarda - 15 mln. 863,470 min manat (azalma 49,94%) təşkil edib.
Cari ilin yanvar ayında birja meydançasında 3 mln. 303 min manat (artım 2 dəfə), təkrar bazarda – 82,093 min manat həcmində səhm (azalma 79,52%) yerləşdirilib.