“Azərbaycan Hava Yolları" QSC (AzAL) 2012-ci ilin iyun ayında Boeing-767 markalı sərnişin təyyarəsi alacaq. Bu barədə QSC-nin başçının müavini Eldar Hacıyev çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu cəmiyyətin aldığı kinci Boeing-767 sərnişin təyyarəsi olacaq.
“Həmçinin, 2012-ci il ərzində aviaşirkət Boeing-767 iki yük təyyarəsi alacaq”, - deyə E.Hacıyev əlavə edib.
Bununla yanaşı, o vurğulayıb ki, hazırda “Azərbaycan Hava Yolları" QSC-nin aviaparkına 21 hava gəmisi daxildir.