Qarabağ münaqişəsinin davam etməsinə baxmayaraq Azərbaycanda milli azlıqların, ermənilər daxil olmaqla sakit yaşamaları bir çox ölkələr üçün tolerantlığın nümunəsidir. Bu barədə respublikanın ABŞ-dakı səfiri Elin Süleymanov bəyan edib.
Azərbaycan səfirliyinin məlumatında bildirilir ki, fevralın 1-də Amerikanın -un Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda çıxışı zamanı E.Süleymanov həmçinin qeyd edib ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması bütün regionun inkişafına yaxşı təsir edəcək. Səfir ümidvar olduğunu buildirib ki, ABŞ sülhməramlı kimi bu münaqişənin həllində daha fəal rol oynayacaq.
Azərbaycanın səfirinin iştirakı ilə tədbirdə müəllim və tələbələr, ABŞ Dövlət Departamentinin, Pentaqonun və digər dövlət strukturlarının nümayəndələri, xarici diplomatlar, iş adamları və s. iştirak edib.