SOCAR Şirkəti (Azərbaycanın Respublikasi Dövlət Neft Şirkəti, ARDNŞ) 2012-ci ilin yanvarında dünya bazarlarına 117,249 min ton neft məhsulu ixrac edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 13,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
ARDNŞ-ın ixracının əsas maddələri avtomobil benzini – 5,678 min ton, dizel yanacağı – 101,35 min ton, aviasiya yanacağı – 10,221 min ton təşkil edir.
Azərbaycanda iki neft emal edən zavod - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir, onların ümumi illik emal gücü 22 mln. tondur. Hər iki müəssisə SOCAR-ın strukturuna daxildir.