Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov bu ölkənin prezidenti Ceykob Zuma etimadnamələrini təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti cümə axşamı məlumat verib.
Fevralın 1-də mərasimdən sonrakı söhbət zamanı E.Poluxov bildirib ki, o Azərbaycanın CAR-dakı birinci səfiri olmağı ilə qürur duyur və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün hər cür yardım etməyi söz verib.
Cənubi Afrika Respublikasının prezidenti öz növbəsində, qarşıdakı fəaliyyətində Azərbaycan diplomatına müvəffəqiyyətlər arzulayıb.