Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin cənub regionunun sakinindən narkotik maddə alverində şübhəli bilinən şəxsi saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxsə məxsus “VAZ-2106” avtomobilinin yoxlanılması zamanı əməliyyatçılar 5,16 kq heroin, 1,86 kq həşiş və 924 qram tiryək aşkar ediblər.
Fakt üzrə cinayət işi açılıb, istintaq aparılır.