2012-ci ildə Azərbaycanda neft hasilatı 45,45 mln. ton səviyyədə proqnozlaşdırılır, bu isə 2011-ci ilin göstəricisindən 0,3% daha çoxdur. Bu barədə SOCAR-ın yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı rəsmi mətbuatda dərc edilən müsahibəsində məlumat veerib.
“2012-ci ildə Azərbaycanda neft hasilatının həcmi 45,45 mln. ton səviyyədə proqnozlaşdırılır. Bununla yanaşı, Azəri-Çıraq-Günəşli yataqları blokundan (AÇQ) və “Şahdəniz” yatağından 37,1 mln. ton neft və kondensat hasil ediləcək, 8,35 mln. ton neft SOCAR-ın payına düşəcək”, - deyə X.Yusifzade qeyd edib.
O vurğulayıb ki, 2011-ci ildə respublika üzrə ümumilikdə 45,3 mln. ton neft hasil edilib, bunun 36,9 mln. tonu “Şahdəniz” yatağından kondensatın və AÇQ blokundan neftin üzərinə düşüb.
Bununla yanaşı, SOCAR 8,4 mln. ton neft hasil edib.
Xəbər verildiyi kimi, “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib.
Layihənin iştirakçıları: Böyük Britaniyanın “BP” (35,78%), Amerikanın “Chevron”– 11,27%, “ExxonMobil” (8,0006%), “Hess” (2,72%), Yaponiyanın “Inpex” – 10,96%, “Itochu” – 4,3%, Azərbaycanın SOCAR (11,6461%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.