“Xəzər ” İntellektual Gənclər Klubu gənclərin inkişafı sahəsində fəal işə görə fəxri fərmana layiq görülüb.
Mükafatlandırma fevralın 2-də Bakıda Gənclər gününə həsr edilən tədbirdə keçirilib.Tədbir Gənclər və İdman Nazirliyinin və”İdman Azərbaycan” telekanalının dəstəyi ilə təşkil olunub.
“Xəzər” klubu 2001-ci ildə yaradılıb və gənclər arasında Azərbaycan dilində “Nə? Kim? Harada?” intellektual turnirlərini təşkil edir. Hazırda klub Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Tibb Universitetində, Azərbaycan Dillər Universitetində, eləcə də Slavyan Universitetində fəaliyyət göstərir. Klub oyunları şənbə və bazar günləri keçirir.