“Ailə NET” İnternet-provayderi 2012-ci ilin aprel ayından etibarən Gəncədə genişzolaqlı optik internetin xidmətlərin tətbiqinə başlamağı planlaşdırır. Bu barədə “Ailə TV” kabel televiziyasının operatorunun məlumatında qeyd edilir.
“Hazırda Gəncə şəhərində genişzolaqlı fiber optik İnternetə tələbat artır. Biz genişzolaqlı fiber optik İnternetin quraşdırılması üzrə işlərə başladıq. Aprel ayında birinci abunəçiləri qəbul edə biləcəyik”, - deyə “Ailə TV” kabel televiziyasının operatorunun Gəncə filialının rəhbərinə Elçin Səfərovun sözlərinə istinadən məlumatda qeyd edilir.
Onun sözlərinə görə, hazırda Gəncədə 1 meqabit İnternet xidmətləri 18-20 manat çərçivəsində qiymətləndirilir.
“Ailə” TV”-nin təklif etdiyi 2 meqabit İnternetin qiyməti 12 manat təşkil edir. Əgər abunəçilər eyni zamanda kabel televiziyası və İnternet provayder xidmətlərindən istifadə edirsə, o zaman İnternet xidmətləri 7 manat təşkil edəcək”, - deyə o vurğulayıb.
Bununla yanaşı, o qeyd edib ki, “Ailə TV” Gəncədə fəaliyyətini genişləndirir və hazırda şəhərdə ikinci filialın açılışı üzrə işlər aparılır.
“Sky Max” MMC şirkəti 2007-ci il aprelin 17-də Milli Televiziya və Radio Şurasından yayım üçün lisenziya alıb və “Ailə TV” brendi altında kabel televiziyasının rəqəmsal yayım xidmətləri göstərir.