“AtaBank”ın 2011-ci ilin yekunlarına görə xalis mənfəəti 3,1 mln. manat təşkil edib. Bu barədə bankın məlumatında qeyd edilir.
2011-ci ildə bankın aktivləri 7,4% - 231,1 mln. manata qədər, kredit portfeli 6% - 146,7 mln. manata qədər artıb.
Məlumatda qeyd edilir ki, 2011-ci ildə təcili depozitlər portfeli əhəmiyyətli dərəcədə artıb. Bu göstərici 9,7% artdı - 163,1 mln. manata qədər artıb. Bununla yanaşı, 2011-ci il ərzində əhalinin təcili əmanətləri 19,8% - 101,9 mln. manata qədər artıb.
2011-ci ilin yekunlarına görə aktivlərin gəlirliyi (ROA) və kapitalın gəlirliyi (ROE) müvafiq olaraq 1,53% və 12,45% təşkil edib.
“Ötən il əldə edilən uğurlar 2012-ci ildə bank və onun əməkdaşları üzərinə əlavə məsuliyyət qoyur. 2012-ci ildə bankın əsas məqsədləri yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, beynəlxalq kredit və depozit reytinqlərinin əldə edilməsidir”, – deyə məlumatda vurğulanır.
Bundan başqa, cari ildə “AtaBank” iş sisteminin təkmilləşdirilməsi, müştərilərin məmnunluğunun artırılması üçün yeni layihələrə başlamağı planlaşdırır. “Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafın uğurla davam etməsi inkişaf strategiyasının ayrılmaz hissəsi olacaq. Eyni zamanda bank bir neçə elektron bölmə və filialın açılışını planlaşdırır”, - deyə məlumatda qeyd edilir.
“Deloitte&Touche” MMC Beynəlxalq Audit Şirkəti hazırda 2011-ci il ərzində bankın maliyyə-təsərrüfat göstəricilərinin auditini keçirir.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding” investisiya strukturuna daxildir.
“AtaBank” 2010-cu ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 354-cü və Azərbaycan bankları arasında 13-cü yerləri tutub.