SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi 2012-ci ilin II yarımilliyində “Neft Daşları” yatağında yeni platformanın tikintisini planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilib.
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neftqazelmitədqiqatlayihə” İnstitutu 2150 nömrəli özülün layihəndirmə işlərinə başlayıb. Layihələndirmə işləri 2012-ci ilin ikinci rübündə başa çatacaq. 2012-ci ilin ikinci yarısından etibarən özülün inşasına start veriləcək”, - deyə məlumatda bildirilir.
2150 nömrəli dəniz özülü 12 quyunun qazılmasını nəzərdə tutacaq, 36 nəfərlik yaşayış bloku, vertolyot meydançası və digər zəruri avadanlıqlarla təchiz olunacaq.
“Neft Daşları” yatağında neft və qaz hasilatında artıma nail olmaq üçün yeni platformaların inşasına xüsusi önəm verilir”, - deyə məlumatda qeyd edilir.