Bakıda yağan dolu qar və yolların buz bağlaması aparıcı Azərbaycan qəzetlərinin çıxışı ilə bağlı problemlər yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə cümə günü nəşrlərin yayılması üzrə firmalardan birindən məlumat verilib.
Havanın pisləşməsinə görə fevralın 2-də bir sıra qəzet redaksiyalarının əməkdaşlarından çoxu işə çıxa bilməyib, bu səbəbdən, cümə günü “Azadlığ”, “Yeni Musavat”, “525-ci qəzet”, “Bizim Yol”, rusdillilərdən “Exo”, “Zerkalo”, “Kaspiy” və s. qəzetlərinin sayları işıq üzü görməyib.
Cümə günü analoji səbəbdən bir neçə rəsmi qəzet işıq üzü görməyib.