SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2012-ci il fevralın 9-da $500 mln. məbləğində Avrobondun debüt buraxılışını həyata keçirəcək. Bu barədə “Dow Jones” agentliyi məlumat verib.
“Avrobondlar 5 il müddətinə buraxılır, ödəniş tarixi –2017-ci il fevralın 9-u tarixidir. Avrobondlar üzrə gəlirlilik 5,45% illik təşkil edəcək”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, SOCAR-ın Avrobondlar buraxılışı şirkətin yeni maliyyə alətlərindən yararlanmaq, beynəlxalq kapital bazarından sərmayə cəlb etmək məqsədi ilə əlaqədardır.
Avrobondlar London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək.
SOCAR-ın Avrobondlarının yerləşdirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər.