Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtda tikinti və quruculuq işlərinin görülməsi üçün podratçılar seçir.
İcra Hakimiyyətinin elanına əsasən, tender 5 lot üzrə keçirilir: Bakı ərazisində torpaqların texniki rekultivasiyası (Lot-1); prospektlərin, küçələrin, məhəllədaxili yolların, həyətlərin, səkilərin, parkların və bağların yenidən qurulması və abadlaşdırılması, eləcə də asfalt örtüyün təmiri, yaşayış və qeyri-yaşayış sahələrin sökülməsi (Lot-2).
Bundan başqa, işlərə Departamentin xidmət sahəsinə aid olan yaşayış binalarının əsaslı təmiri və yenidən qurulması (Lot-3); tikinti təyinatlı material, məmulat və xammalın alınması (Lot-4); kommunal təyinatlı material və xammalın alınması (Lot-5) daxildir.
Tenderin hər bir lotunda iştirak haqqı 100 manatdır.
Təklif dəyərinin 2%-i həcmində bank zəmanəti ilə müşayiət olunan tender təklifləri fevralın 27-nə qədər qəbul edilir. Tender proseduru fevralın 28-də keçiriləcək.