Ötən həftə hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 52 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə Azərbaycanda baş vermiş bədbəxt hadisələr nəticəsində 18 nəfər həlak olub, 32 nəfər yaralanıb, 5 nəfər intihar edib, 76 yanğın hadisəsi baş verib, nəticədə 4 nəfər həlak olub, 10 nəfər yanıq xəsarətləri alıb.
1 nəfər qətldə, 5 nəfər sui-qəsddə, qəsdən xəsarət yetirməkdə, 8 nəfər qarət və soyğunda, 21 nəfər oğurluqda, 4 nəfər avtomobil qaçırmaqda, 2 nəfər saxta pul satmaqda şübhəli bilinərək saxlanılıb. Həmçinin qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 31 fakt qeydə alınıb.