“Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin operatoru Bakı Dəniz Limanında dünyasını dəyişib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Şənbə günü səhər saat 7.00 radələrində “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də operator işləyən 1954-cü il təvəllüdlü Şakir Gözəlov növbəyə getmək üçün Bakı Dəniz limanında “General Əsədov” sərnişin gəmisinə mindikdən sonra özünü pis hiss edib. Gəminin həkiminin onu xilas etmək üçün səyləri nəticə verməyib.