2012-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 0,97% - 31 yanvar tarixinə $10 mlrd. 583,8 mln.-a qədər artıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə AMB-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2012-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $10 mlrd. 481,5 mln. təşkil edib.
2011-ci ildə bankın valyuta ehtiyatları 63,5% artıb.