SOCAR şirkətinin qazma idarələri 2012-ci ilin yanvarında qazma işlərinin həcmini 2011-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 0,5% - 10,739 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, hesabat ayında kəşfiyyat qazma işlərinin payı 705 metr (artım 1,7 dəfə), istismar qazma işlərinin payı 10,034 min metr (azalma 3,3%) təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci ildə SOCAR tərəfindən qazma işlərinin həcmi 147,287 min metrə bərabər olub. Bunun 133,343 min metri istismar, 13,944 metri kəşfiyyat qazma işlərinin payına düşüb.