İrana qərb ölkələrinin mümkün müdaxiləsi qonşu Azərbaycana mənfi təsir göstərəcək. Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin deputatı Fazil Mustafa belə hesab edir.
“İran barəsində qərbdə proqnozlaşdırılan geniş miqyaslı müharibələr zamanı, bir qayda olaraq, kiçik qonşu dövlətlərə zərər vurulur, buna görə Irana qarşı mümkün kampaniya Azərbaycana güclü ziyan vura bilər”, - deyə F.Mustafa “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Deputat qeyd edib ki, mümkün müharibə İranda yaşayan etnik azərbaycanlılar üçün ciddi problemlər yaradacaq. Bu isə öz növbəsində, Azərbaycana İrandan qaçqınların axınına gətirib çıxaracaq”, - deyə parlament üzvü vurğulayıb.
F.Mustafa hesab edir ki, Azərbaycan, əgər yaradılarsa, İrana qarşı koalisiyaya daxil olmamalıdır. “Azərbaycan İrandakı həmyerlilərinin taleyinə laqeyd deyıl, Bakı İran probleminin sülh həllinə dair çıxış etməlidir. Buna əsaslanaraq, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi, Irana qarşı qətnaməyə səs verməməlidir”, - deyə deputat yekunlaşdırıb.