“Azərenerji” SC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2012-ci ilin yanvarında 2,2 mlrd. kVt/s elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 15,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-nin mətbuat xidmətindən məlumat verilib.
Elektrik enerjisi istehsalının ümumi həcmindən 2 mlrd. kVt/s istilik elektrik stansiyalarında (artım 11,15%), 0,2 mlrd. kVt/s su elektrik stansiyalarında (artım 2 dəfə) istehsal olunub.
Azərbaycan hökuməti 2012-ci ildə elektrik enerjisinin istehsalını 19 mlrd. 168,3 mln. kVt/s səviyyəsində proqnozlaşdırır.