Fransa parlamentinin bir qrup üzvü Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
Bazar ertəsi senatorlar Milli Məclisin rəhbərliyi və Azərbaycan parlamentinin bir qrup deputatı ilə görüş keçirəcəklər. Səfər zamanı Fransa senatorları, həmçinin bir sıra nazirliklərdə görüşlər keçirəcək, qaçqın və məcburi köçkünlərlə görüşəcəklər. Görüşlərə artıq başlanılıb.
Fransa nümayəndə heyəti tərkibinə Natali Qule, Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildilər. Fransa Senatının nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 10-da başa çatacaq.
Bakıda səfərdə olan senatorların hər biri Fransa Konstitusiya Məhkəməsinə soyqırımların inkarının cəzalandırılmasına dair qanun layihəsinin ləğvi xahişi ilə müraciətin müəllifləridir. Qeyd edilən qanun layihəsi yanvarın 23-də Fransa Senatı tərəfindən qəbul edilib.