Bolqarıstanın “Metalstroy AMS" şirkəti Azərbaycan şirkətlərinə metal konstruksiyalı binaların layihələndirilməsi, istehsalı və quraşdırılması sahələrində tərəfdaşlıq və ya birgə müəssisələr yaratmağı təklif edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytındakı məlumatda bildirilir.
"Metalstroy AMS" Azərbaycan şirkətləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmağa ümid edir.
Şirkət həmçinin, baş podratçı kimi layihələrin həyata keçirilməsi və təhvil verilməsinə də maraq göstərir.
“Metalstroy AMS" 10 ildir metal konstruksiyaların hazırlanması ilə məşğuldur.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. Başlanğıc mərhələdə fond investisiyaların təşviqi məsələləri və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.