Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi İndoneziyanın respublikaya təyin olunan ilk səfiri Prayono Atiyantonun etimadnaməsini qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər. Bundan başqa, qörüşdə ölkələr arasında BMT, İslam Əməkdaşlığlı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib.