Çərşənbə axşamı “Eurovision-2011” mahnı müsabiqəsində qalib olan Azərbaycandan olan Eldar Qasımov və Nigar Camal duetinə
“İlin adamı-2011” illik mükafatın təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Eldar və Nigar Azərbaycana bu qələbəni məhz mayın 28-də qeyd edilən Respublika günü ərəfəsində bəxş ediblər”, - deyə mükafatın təqdimat mərasimində ANS Teleşirkətinin vitse-prezidenti Seyfulla Mustafayev məlumat verib.
Onun sözlərinə görə, duet Azərbaycanın müsbət imicini xaricdə möhkəmləndirməyə yardım edib, bu qələbəni nəinki Azərbaycan dövləti, həm də ictimaiyyət yüksək qiymətləndirir.
“Ümidvaram ki, Azərbaycan gələcəkdə də yüksək nəticələr əldə edəcək”, - deyə mükafatın sahibi Eldar Qasımov hər kəsə dəstək üçün minnətdarlığını bildirərək qeyd edib.
“Bizə inanıb və dəstək olduqlarına görə hər kəsə çox sağ ol deyirik”, - deyə Nigar Camal qeyd edib.
Fevralın 7-də Bakıda ANS Şirkətlər qrupu və Çinqiz Mustafayev adına Fondun 2001-ci ildə təsis etdiyi “İlin adamı” mükafatının təqdimat mərasimi keçirilib. “Eurovision-2011” mahnı müsabiqəsində qalib olan duetə diplomlar, saat və 4 min manat məbləğində pul mükafatı təqdim edilib.