Müstəqillik dövrü ərzində Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar təxminən $120 mlrd. təşkil edib. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edir.
“2011-ci ildə Azərbaycan iqtisadiyyatına investisiyalar $20 mlrd. təşkil edib, bunun $13 mlrd. – daxili, $7 mlrd. – xarici investisiyalardır. Bununla yanaşı, qeyri-neft sektoruna $15,7 mlrd., neft sektoruna - $4,3 mlrd. vəsait qoyulub. Ümumilikdə, respublikada yaradılan əlverişli investisiya və biznes mühiti indiyə qədər iqtisadiyyata təxminən $120 mlrd. vəsait qoymağa imkan verib”, - deyə Ş.Mustafayev rəsmi mətbuatda çərşənbə axşamı dərc edilən məqaləsində qeyd edir.
Nazir vurğulayıb ki, 2011-ci ildə dövlət investisiyaları 5,9 mlrd. manat təşkil edib. Onlardan 3,5 mlrd. manat infrastruktur layihələrinin reallaşdırılmasına, həmçinin 1,9 mlrd. manat – nəqliyyat sahəsinə, 900 mln. manatdan artıq – kommunal infrastruktura, təxminən 200 mln. manat – su təchizatı və irriqasiyaya yönəldilib.
Ötən il sosial infrastruktura 1,7 mlrd. manat məbləğində dövlət investisiyası, həmçinin 220 mln. manat – məktəblərin tikintisi və təmirinə, 90 mln. manat – ali təhsil və elm müəssisələrinin tikintisi və təmirinə, 128 mln. manat – səhiyyə obyektlərinin təchizatı və tikintisinə, 1 mlrd. manatdan artıq – mədəniyyət obyektlərinin tikintisi və təmirinə, 42 mln. manat – əlillər və şəhid ailələrinin üzvləri üçün yaşayış evlərinin tikintisinə yönəldilib.
Ş.Mustafayev qeyd edib ki, 2011-ci ildə respublikada 40-dan çox sənaye müəssisəsi istismara verilib, hazırda 100-ə qədər sənaye müəssisəsinin tikintisi davam edir.