Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (COPUOS) üzv qəbul olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Beləliklə, Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü var.
1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan COPUOS kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyasını təhlil edir, müxtəlif proqramlar hazırlayır, tədqiqatların aparılmasına, eləcə də bu sahədə meydana gələn problemlərin həllinə hüquqi yardım göstərir.