Bakının iki - “Qara qızıl” və “Bakı yığması” Şən və Hazırcavablar Klubu (ŞHK) fevralın 16-17-də Anapada keçiriləcək Krasnodar çempionatının ikinci turunda iştirak etmək üçün birləşir.
“Bizim əsas məqsədimiz ŞHK-nın premyer-liqasında təmsil olunmaqdır, biz həm də öz ölkəsini beynəlxalq arenada lazımi səviyyədə təmsil edə bilən rəqabətqabiliyyətli güclü komanda yaratmaq istəyirik”, - deyə komandanın kapitanı Anar Sultanov mətbuat konfransında bildirib.
Azərbaycan komandaları KiViN - 2012 müsabiqəsinin ikinci turunda iştirak etmək üçün birləşiblər. Komanda Anapada finala çıxa bilsə, ŞHK-nın premyer-liqasında təmsil olunacaq.