“Bank ABB-Moskva” MMC nizamnamə kapitalını 67,4% - 856,11 mln. rubladək artırıb. Bu barədə bankın məlumatında deyilir.
Bank həmçinin, adının “Bank ABB-Moskva” MMC-yə ("The Bank "IBA-Moscow" LLC) dəyişdirilməsi ilə bağlı prosedurları da başa çatdırıb.
“2012-ci il yanvarın 18-də Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə İdarəsi tərəfindən bankın nizamnaməsinə edilən, o cümlədən bankın adının dəyişdirilməsi ilə bağlı dəyişikliklər (nizamnamə yeni redaksiyada) qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.
“Bank ABB-Moskva” 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın 100%-lik törəmə strukturu kimi yaradılıb. Hazırda bank şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisi var.