ARDNŞ-nin “Azneft” İstehsalat Birliyi Neft Daşları” yatağında yeni dəniz özülünün inşasını planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“2150 saylı dəniz özülünün inşası üçün “Azneft” İB-nin sifarişi əsasında “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihəndirmə işlərinə start verilib. Layihələndirmə işlərinin 2012-ci ilin sonuna kimi başa çatdırılacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
14 quyunun qazılması üçün inşa ediləcək 602a nömrəli özülün dənizin 18 metr dərinliyində quraşdırılması nəzərdə tutulur. Özül 36 nəfərlik yaşayış bloku, vertolyot meydançası, 12 tonluq qaldırıcı qurğu və digər zəruri avadanlıqlarla təchiz olunacaq.
Yeni dəniz özülünün inşası “Neft Daşları” yatağında hasilatın artırılması üçün xüsusi önəm daşıyır.