Azərbaycanın Şəmkir rayonunda havaların soyuması ilə əlaqədar əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatı artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan çərşənbə axşamı məlumat verilib.
“Əgər əvvəllər gün ərzində əhali 40 min kubmetr istifadə edirdisə, artıq indi bu göstərici 50 min kubmetrə qədər artıb. Buna baxmayaraq, Şəmkir rayonunda abunəçilərin qaz təchizatı ilə bağlı problemi yoxdur”, - deyə Şəmkir rayon Qaz İstismarı Sahəsinin rəisi Məhərrəm Abbasov bildirib.
Bir şəhər, dörd qəsəbə və 39 kəndin daxil olduğu Şəmkir rayonunda 31,800 mindən artıq təbii qaz istehlakçısı var.
“Biz vaxtında payız-qış mövsümünə hazırlaşdıq. Buna görə, rayon əhalisi gecə-gündüz elektrik enerjisi ilə təmin olunur”, - deyə Şəmkir Paylayıcı Elektrik Şəbəkəsinin istismar üzrə xidmət rəisi Rafiq Məmmədov bildirib.