Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortu qəbul edib. Bu barədə Azərbaycanın rəsmi mətbuatı məlumat verir.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsilə əlaqədar fikirlər mübadiləsi aparıb.
Bundan başqa, çərşənbə axşamı Azərbaycan başçısı Çinin, İndoneziyanın və Albaniyanın səfirlərinin etimadnamələrini qəbul edib.