Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-də “Avropa İttifaqı-Azərbaycan: əməkdaşlıq üçün yeni üfüqlər” konfransında iştirak etmək üçün Belçikaya yola düşəcək. Bu barədə XİN mətbuat xidməti məlumat verib.
Konfransın təşkilatçısı Avropa Xalq Partiyasıdır.
Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı, həmçinin nazirin bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Çərşənbə axşamı E.Məmmədyarovun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin Fransız senatorlarından ibarət nümayəndə heyətini ilə görüş zamanı Azərbaycanın Avropaya inteqrasiyası, olkənin Fransa ilə əməkdaşlığı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələri müzakirə mövzusu olub.
Azərbaycan XİN rəhbəri senatorlarla görüş zamanı rəsmi Bakının Fransa Senatında uydurma “ermnəni soyqırımı”nın mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsindən narahatlığını ifadə edib.
Xarici işlər naziri F.Lefortla danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayıb. Nazirin sözlərinə görə, bu istiqamətdə atılan ilk addım erməni silahlı qüvvələrinin Azəbaycan ərazilərindən çıxarılmasıdır.