Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2012-ci il ərzində keçiriləcək. Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, xarici işlər nazirinin müavini Xələf Xələfovun və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir xanım Patrisiya Flor ilə görüşü zamanı müvafiq razılıq əldə edilib.
Fevralın 6-da Almaniyada keçirilən görüşdə iki olkə arasında həmçinin siyasi, iqtisadi. enerji sahəsində əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı müzakirə mövzusu olub.
X.Xələfov Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar barədə P.Flora məlumat verib.