2012-ci ildə Azərbaycanda yaradıcılıq paytaxtları elan edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, Gədəbəy şəhəri indi “əfsanələr paytaxtı”, Masallı şəhəri – “folklor paytaxtı”, Quba şəhəri isə – “sənətkarlıq paytaxtı” adına layiq görülüblər.
Bu qərar 2010-2014 illər üçün nəzərdə tutulan respublikanın Mədəniyyət Nazirliyinin dövlət proqramına əsasən qəbul edilib. Proqram Azərbaycanın mənəvi mədəni irsinin qorunması və dəstəklənməsi, həmçinin daxili və beynəlxalq turizmin inkişafı məqsədi ilə hazırlanıb.
Azərbaycanın yaradıcılıq paytaxtı adının əldə edilməsi müsabiqəsində 20 şəhər iştirak edib.
Qəbul edilən qərar çərçivəsində 2012-ci il ərzində Masallı, Gədəbəy və Quba şəhərlərində konfranslar, “dəyirmi masa”lar, festivallar, müsabiqələr, sərgilər, konsertlər və s. tədbirlətr keçiriləcək.