Bakı şəhəri Nəsimi rayon polis bölməsinin əməkdaşları iki Türkiyə vətəndaşına hücum etməkdə şübhəli bilinən iki paytaxt sakinini saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
İstintaqın versiyasına əsasən, saxlanılan şəxslər bu il yanvarın 28-də iki Türkiyə vətəndaşını döyüb, onlardan birinə bıçaqla xəsarət yetiriblər.
Faktla bağlı cinayət işi açılıb.