Milli Depozit Mərkəzi (MDM) 2012-ci ilin yanvar ayında nominal dəyəri 9 mln. 610 min manat olan əlavə səhm emissiyası üzrə əqdlər qetdiyyata alıb. Bu barədə “İnterfaks - Azərbaycan “agentliyinə MDM-dən məlumat verilib.
Xəbər verildiyi kimi, 2011-ci ilin yanvarında MDM nominal dəyəri 200 mln. 542,508 min manat olan əlavə səhm emissiyası üzrə əqdlər qeydiyyata alıb. Beləliklə, hesabat dövründə əlavə səhm emissiyası üzrə qeydiyyata alınan əqdlərin həcmi 95,2% azalıb.
Mərkəzin məlumatına əsasən. 2012-ci ilin yanvarında MDM-də emitentlərin əlavə səhm emissiyası üzrə 11 əqdi qeydiyyata alınıb.
Hesabat dövründə MDM qiymətli kağız emitentləri ilə 6 müqavilə bağlayıb.
2012-ci ilin yanvarında mərkəz tərəfindən nominal dəyəri 15 mln. 478,568 min manata bərabər olan 114 birja əqdinin qeydiyyatı aparılıb.
Bundan başqa, hesabat ayında MDM nominal dəyəri 2 mln. 461,024 min manat olan qiymətli kağızlarla 25 birjadankənar əqd qeydiyyata alıb.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar olaraq 1999-cu ilin sentyabrında mərkəz təkrar qeydiyyata alınıb. MDM-in nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. Mərkəz 1,2 minə yaxın emitentə xidmətlər göstərir.