Bakıda 1969-cu ildə aşağı temperatur rekordu vurulub.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun operativ məlumatına görə, fevralın 8-də Bakıda səhər saat 6-7 radələrində son 110 il ərzində temperatur rekordu – 11 dərəcə şaxta qeydə alınıb. Daha əvvəl rekord dərəcədə aşağı temperatur 1969-cu ilin qışında – 10 dərəcə şaxta qeydə alınıb.
Ekologiya Nazirliyindən həmçinin məlumat verilib ki, fevralın 9-da havanın temperaturu 13 dərəcə şaxtaya qədər enəcək, saniyədə 25-30 metr şimal-qərb küləyi güclənəcək. Güclü şaxtalar Xəzər dənizinin sahilboyu zolağının ayrı hissələrinin donmasına səbəb olub, bu isə 1970-ci illərdən etibarən müşahidə edilməyib.