ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə üzv-ölkələr Fransanı öz tərkiblərindən çıxarılması məsələsini müzakirə etməlidirlər. Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü, Azərbaycan parlamentinin deputatı Fuad Muradov belə hesab edir.
“Minsk qrupunda, Türkiyə və Almaniya daxil olmaqla 11 dövlət təmsil edilir. Düşünürəm ki, məhz bu dövlətlər Fransanın qrupdan çıxarılması məsələsini müzakirə edə bilər”, - deyə F.Muradov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Azərbaycan öz tərəfindən Minsk qrupunun həmsədrlərinin tərkibinə neytral ölkənin daxil edilməsinə cəhd etməlidir. Fransanı uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanunun bu ölkənin Senatı tərəfindən qəbulundan sonra neytral hesab etmək olmaz”, - deyə o əlavə edib.
F.Muradov məlumat verib ki, Bakıda bu həftə Azərbaycanlı həmkarları ilə keçirdikləri görüş zamanı fransız senatorlarından ibarət qrup “kifayət qədər açıq formada bildiriblər ki, soyqırımların inkarlarının cəzalandırılması barədə qanun, öncə Fransanın özünə zərər yetirir”.