Qəbələ rayonunda havaların soyuması və güclü qar yağmasına baxmayaraq əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatı artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan çərşənbə günü məlumat verilib.
“Əgər əvvəllər gün ərzində əhali 130-140 min kubmetr qaz istifadə edirdisə, artıq indi bu göstərici - 170-180 min kubmetrə qədər artıb. Buna baxmayaraq, Qəbələ rayonunda abunəçilərin qaz təchizatı ilə bağlı problemi yoxdur”, - deyə Qəbələ rayon Qaz İstismarı Sahəsinin rəisi Sübhi Bayramov bildirib.
“Əvvəllər Qəbələdə 240 min klovat saat elektrik enerjisi sərf olunurdusa indi bu göstərici 300 klovat saata çatıb. Buna baxmayaraq, rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin edilir”, - deyə Qəbələ rayon Elektrik Şəbəkəsinin rəisi Kamal Məhərrəmov bildirib.