Xəzərin dənizinin donması özündə heç bir mənfi nəticə daşımır. Bu barədə Ekologiya və Təbii Resurslar Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
“Əsasən Xəzərin Azərbaycan sektorunun şimal hissəsi donub, müxtəlif yerlərdə buzun qalınlığı 7-dən 15 santimetrə qədər təşkil edir”, - deyə G.Süleymanov bildirib.
Onun sözlərinə görə, Xəzərin sahilboyu zonası 20-dən 300 metrə qədər məsafədə buzla örtülüb.
“Bu cür nadir hadisə 1920-ci və 1953-cü illərdə müşahidə edilib, ancaq bunda heç bir qorxu yoxdur və özündə heç bir təhlükə daşımır”, - deyə o bildirib.
Mərkəz rəhbəri inandırıb ki, bu təbiətin aşağı hava temperaturuna qoruyucu reaksiyasıdır, “suda yaşayan canlı orqanizmlər daha artıq qorunacaq və onların bu cür hava şəraitəinə dayanıqlıq yaratmağa imkan yaradacaq”, - deyə G.Süleymanov əlavə edib.
Azərbaycanda yanvarın sonundan etibarən şaxtalı hava müşahidə edilir. Bakıda çərşənbə günü səhər temperatur rekordu – 11 dərəcə şaxta qeydə alınıb.