SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü Bakının Nizami, Sabunçu və Xətai rayonlarına qazın verilməsini dayandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birlikdən məlumat verilib.
Nizami rayonunda Neftemal zavodlardan birinin yaxınlığında baş verən partlayışa görə bu rayonlara qazın verilməsi müvəqqəti dayandırılıb.
“Partlayışa propan daşıyan yük maşınının aşması səbəb olub. Bir halda ki, partlayış qaz xətlərinin yaxınlığında baş verib, təhlükəsizlik məqsədi ilə qeyd edilən üç rayona qazın verilməsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib, - deyə “Azəriqaz”ın nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, “yük maşını hadisə yerindən uzaqlaşdırılan və mümkün zədələri müəyyən etmək üçün qaz kəmərinin yoxlanılması keçirilən kimi” bu rayonlara qaz təchizatı ən yaxın saatlarda bərpa ediləcək.