Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə cümə axşamı rəsmi mətbuatın məlumatında deyilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsini və həmin nümayəndəliklərdə çalışan işçi heyətin təhlükəsizliyini təmin etmək məqsədi ilə qəbul olunmuş qərara əsasən, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin respublikanın Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə olunmasına dair təkliflərini və mühafizəsi zəruri hesab edilən diplomatik nümayəndəliklərin siyahısını hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.