Azərbaycan Prezidenti Ilham Əliyev Naxçıvanda orta ixtisas təhsili, o cümlədən xüsusi təyinatlı müəssisələri yaratmaq barədə sərəncam verib. Bu barədə Azərbaycanın rəsmi mətbuatında məlumat verilib.
Dövlət rəhbərinin sərəncamına əsasən, orta ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilir. Azərbaycan Nazirlər Kabinetinə üç ay müddətində müvafiq təkliflər hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək, həmçinin sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.