Azərbaycan Prezidenti İlham Əliyev İran, Qazaxıstan və Mərakeşlə dövlətlərarası və hökumətlərarası komissiyaların tərkibinə dəyişikliklər edilməsi haqqında sərəncamlar imzalayıb.
Rəsmi mətbuatın cümə axşamı xəbər verdiyi kimi, xarici işlər naziri Elmar Məmmədyarov İranla iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə yeni tərkibdə komissiyanın həmsədri təyin edilib.
Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeni tərkibində təhsil nazirinin keçmiş müavini Elmar Qasımov yeni müavin Qulu Novruzovla əvəz olunub. Mədəniyyət və turizm nazirinin keçmiş birinci müavini Teymur Mehdiyevin yerinə Vaqif Əliyev təyin edilib. Bundan başqa, komissiyanın yeni tərkibinə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov da daxil edilib.
İ.Əliyev həmçinin Mərakeşlə ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfdən yeni tərkibini təsdiq edib. Yeni tərkibdə təhsil nazirinin müavini mövqeyində eyni dəyişikliklər edilib.