Azərbaycan ərazisində güclü şaxtalar ilə bağlı Kür çayının donması təhlükəsi yoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzi direktoru Gülmalı Süleymanov bildirib.
“İndi Kür çayının donması mövzusu ətrafında çox danışılır, amma qeyd etmək istərdim ki, buna əsas yoxdur. Bəli, Kür çayının bəzi hissələri donub, ancaq təsərrüfatda çay suyundan istifadəyə mənfi təsir etmək üçün donma sahəsi çox cüzidir”, - deyə G.Süleymanov bəyan edib.
Onun sözlərinə görə, Kürün donma o zaman təhlükəli olardı ki, əgər davamlı aşağı temperatur şəraiti (ən azı 10-11 dərəcə şaxta) ən azı 2-3 həftə boyunca qalsaydı.
“Su anbarlarına gəlincə, burada su, bir qayda olaraq, bu ərazilərdə yerləşən stansiyaların sayəsində ilıq olmalıdır, , buna görə əhalinin susuz qalmaq təhlükəsi həmçinin ağlasığmazdır”, - deyə o soyuqların gəlməsi ilə bağlı Kürün və su anbarlarının donması imkanı barədə bir sıra mətbu orqanın məlumatını şərh edərək bildirib.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoproqnozlar Bürosunun "İnterfaks-Azərbaycan" agentliyinə verdiyi məlumata görə, fevralın 8-dən 9-na keçən gecə havanın temperaturu gözlənildiyi kimi rekord – 13 dərəcə şaxta deyil, 11 dərəcə şaxta təşkil edib. Məlumata görə, fevralın 10-da Bakıda və Abşeronda havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz isə - mənfi 2-dən 0-a qədər təşkil edəcək, şimal-qərb küləyi əsəcək.