“İRƏLI” İctimai Birliyi Qəbələ rayonunda “Gənc liderlər üçün Qış Universiteti – Sığortalı Gələcək” layihəsi həyata keçirəcək. Bu barədə cümə axşamı birliyin mətbuat xidməti xəbər verib.
Azərbaycanlı gənc fəallar “Qış Universiteti”ndə biznes, sığorta, iqtisadiyyat, informasiya texnologiyalarından düzgün istifadə qaydaları və natiqlik sahələrində təcrübə toplaya biləcəklər.
Bundan başqa, tədbir iştirakçılarına müxtəlif dövlət xadimləri, deputatlar və iş adamları ustad dərsləri verəcəklər.
“Qış Universiteti” fevralın 10-dan 15-dək Qafqaz Resort oteldə keçiriləcək.
100 nəfərdən çox iştirakçının qatıldığı tədbir Maliyyə, Gənclər və İdman nazirliklərinin təşkilati dəstəyi ilə keçiriləcək.