Azərbaycan qazının Avropa bazarına çatdırılmasının əsas marşrutunun təyininin gecikməsində özü günahkardır. Azərbaycan hökumətinin sabiq baş naziri, hazırda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli belə hesab edir.
“Azərbaycanın qaz həcmlərinin növbəti artırılması fazasına keçməsi üçün investisiya yatırımı tələb olunur, bu isə müvafiq olaraq satış bazarlarında aydınlığın mövcud olmasını tələb edir. Lakin, son məsələ Avropa tərəfi ilə müəyyən edilməyib”, - deyə Ə.Məsimli “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottingerin yaxın 2-3 ay ərzində Azərbaycanın Avropaya qaz tədarükü yollarına dair qərar qəbul etməsini gözləyəcəyi barədə bəyanatını şərh edərək, parlament üzvü qeyd edib ki, “qaz müharibələri”, “qaz şantajı” və ya yaxud havaların sərt soyuması ilə əlaqədar olaraq Avropaya qaz nəqli həcmlərində müəyyən itkilər Qərbə Azərbaycanda, ümumilikdə isə Xəzərdə təbii qaz mənbəyinin olduğunu xatırladıb.
“Bunu nəzərə alaraq Avropa özü iki əllə bu alternativ qaz mənbəyindən yapışmalıdır. Ancaq bu məsələ üzrə danışıqların əhəmiyyətinə görə “ikinci dərəcəli” mahiyyət daşıması təəssüf doğurur. Enerji mənblərinin şaxələndirilməsi, Azərbaycanın öz qazını satmaq üçün yeni bazarlar axtarmaq məsələsinin həllindən daha çox, Avropaya lazımdır”, - deyə Ə.Məsimli vurğulayıb.
Parlament üzvü “BP”-nin Azərbaycan qazının Avropa bazarlarına çatdırılması üzrə Cənubi Avropa boru kəməri təklifini sərfəli hesab edir. “Məlumdur ki, “Şahdəniz” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli üzrə 4 layihəni nəzərdən keçirir. Bunlar “Nabucco”, “TransAdriatic Pipeline” (TAP) və ITGI, həmçinin BP tərəfindən təklif olunan Cənubi Avropa boru kəməridir. BP-nin təklifi “Nabucco” layihəsinin reallaşdırılması üzrə qərarın gec qəbul olunması nəticəsində ortaya çıxıb.Əlbəttə ki, bu variant Azərbaycan qazının Avropaya artıq mövcud olan boru xətləri ilə tədarükü baxımından sərfəlidir”, - deyə o qeyd edib. Ancaq Ə.Məsimli həmçinin vurğulayıb ki, bu layihələrdən birinin reallaşdırılması “Nabukko”nun vacibliyi məsələsini bağlamayacaq.