Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişa ilə ikitərəfli münasibətlərin genişləndirilməsi yollarını müzakirə edib. Bu barədə rəsmi mətbuat xəbər verir.
Görüşdə İ.Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən S.Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra İ.Əliyev və S.Berişa birgə nahar ediblər.